ABŞ-dan Azərbaycanla bağlı yeni təklif
Azərbaycan və Ermənistanı birləşdirən “Tramp marşrutu” Rusiyadan yan keçməklə Azərbaycan qazının Avropaya çatdırılmasını sürətləndirə bilər və bu da ölkə üçün mühüm prespektiv qazandırar.
Qerbxeber.com Globalinfo.az-ın məlumatına görə xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması həm regional əməkdaşlıq, həm də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rayt əlavə edib ki, ABŞ və Azərbaycan tarixən dünyanın ilk neft və qaz hasilatçılarından olub.




