Dünya

ABŞ bir il ərzində İsrailə hərbi yardım üçün 17,9 milyard dollar xərcləyib

7 oktyabr / 12:15 1 dəq
Bc5c035c cdac 3ec2 8fe5 548475a3f5c6
7 oktyabr / 12:15
Burada sizin reklamınız ola bilər

2023-cü il oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin kəskinləşməsi başlayandan bəri ABŞ İsrailə hərbi yardım üçün rekord məbləğdə 17,9 milyard dollar xərcləyib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Braun Universitetinin “Müharibə xərcləri” layihəsi çərçivəsində hazırlanan hesabatda bildirilib ki, İsrail ABŞ hərbi yardımının tarixdə ən böyük alıcısı olub. Ölkə 1959-cu ildən bəri Vaşinqtondan ümumilikdə 251,2 milyard dollar alıb. 7 oktyabr 2023-cü ildən bəri ayrılan 17,9 milyard dollar məbləği isə ən böyük hərbi yardım həcmi olub.

Məlumata görə, bu paketə hərbi maliyyələşdirmə, silah satışı və s. daxildir.

Qeyd olunub ki, daha 4,86 ​​milyard dollar ABŞ-nin regiondakı hərbi əməliyyatlarının əhatə dairəsinin genişləndirilməsinə, o cümlədən ticarət gəmilərinin Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husilərin hücumlarından qorunması kampaniyasına xərclənib.

Paylaş
Burada sizin reklamınız ola bilər