Dünya

ABŞ-a 12 ölkə vətəndaşının girişini qadağan edən qərar qüvvəyə minib

10 iyun / 08:57 1 dəq
ABŞ
10 iyun / 08:57
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Trampın 12 ölkə vətəndaşının ABŞ-a girişini qadağan edən qərarı qüvvəyə minib.

Qerbxeber.com xəbər verir ki, Trampın əsasən Afrika və Yaxın Şərqdən olan 12 ölkə vətəndaşına bu ölkəyə səfər qadağası ilə bağlı qərarı bu gündən tətbiq olunmağa başlayıb.

Qeyd edək ki, Tramp bununla bağlı fərmanı iyunun 5-də imzalayıb.

Qərar ABŞ-da qeydiyyatı olan, etibarlı vizası olan və ABŞ-ın milli maraqlarına xidmət edən bu ölkələrin vətəndaşlarına şamil olunmayacaq.

Tramp zərurət yaranacağı təqdirdə səyahət məhdudiyyətinə məruz qalan ölkələrin sayına yenidən baxıla biləcəyini və yeni təhlükələr yarandıqca müxtəlif ölkələrin də siyahıya əlavə oluna biləcəyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər