Dünya

Abbas Əraqçı: Yaxın günlərdə müharibədə qələbəmizi qeyd edəcəyik

16 mart / 14:57 1 dəq
Araqçı
16 mart / 14:57
Burada sizin reklamınız ola bilər

“Qürurverici müqavimət göstəririk və bunu tərəddüdsüz davam etdirəcəyik. Əminəm ki, yaxın günlərin birində müharibədə qələbəmizi qeyd edəcəyik”.

Qerbxeber.com xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Düşünürəm ki, son bir il İran tarixi üçün misilsiz oldu. Bu müddətdə bir müharibəni geridə qoyduq, indi başqa bir müharibənin içindəyik. Geridə qoyduğumuz il çətin il oldu, amma həm də şərəf və qürur ili idi”, – nazir qeyd edib.

Abbas Əraqçi gəmilərin Hörmüz boğazından keçidi barədə isə bunları bildirib:

“Bizim baxışımıza görə Hörmüz boğazı açıqdır, o, ancaq düşmənlər üçün bağlıdır”.

Paylaş
Burada sizin reklamınız ola bilər