Şəmkir

AAYDA: Şəmkirdə kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib

21 may / 12:54 2 dəq
9b1532ee a967 360b 8b35 0bcd2aa422d7 850
21 may / 12:54
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib.

Qerbxeber.com bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata əsasən, layihə 20 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 17 km olan Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf marşrutu üzrə yolları əhatə edir.

İlkin olaraq layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində yenidənqurma işlərinə başlanılıb. Qeyd olunan hissənin uzunluğu 7 km təşkil edir. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların eni 8-10 metrə qədər genişləndirilir.

Aparılan işlər çərçivəsində layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası icra olunur. Artıq müəyyən hissələrdə yeni yol yatağının və yol əsasının inşasına da başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər