Son Xəbərlər
Tramp: NATO Hörmüz boğazı ilə bağlı ABŞ-ə dəstək verəcək ABŞ-İran danışıqlarından sonra İsrail ordusu yüksək döyüş hazırlığına başlayıb Bu gün Pasxa bayramıdır Tramp: İrana kömək Çinə baha başa gələcək ABŞ və İsrail bu müddətdə İranı təslim etməyin, rejimin devrilməsinin yeni yollarını axtaracaq-Asif Nərimanlının şərhi Ədəbiyyat və Saglam Qidalanma ..-Nutrisoloq Elnur Nemətovdan maraqlı yazı Putinin Avropadaki “Troya atı” yola salınır?-Kamran Cəfərovun yazısı Macarıstanda seçki-16 illik Orban iqtidarının ən çətin günü Əraqçı və Uitkoff İslamabadda dava həddinə çatıb Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi Tramp: NATO Hörmüz boğazı ilə bağlı ABŞ-ə dəstək verəcək ABŞ-İran danışıqlarından sonra İsrail ordusu yüksək döyüş hazırlığına başlayıb Bu gün Pasxa bayramıdır Tramp: İrana kömək Çinə baha başa gələcək ABŞ və İsrail bu müddətdə İranı təslim etməyin, rejimin devrilməsinin yeni yollarını axtaracaq-Asif Nərimanlının şərhi Ədəbiyyat və Saglam Qidalanma ..-Nutrisoloq Elnur Nemətovdan maraqlı yazı Putinin Avropadaki “Troya atı” yola salınır?-Kamran Cəfərovun yazısı Macarıstanda seçki-16 illik Orban iqtidarının ən çətin günü Əraqçı və Uitkoff İslamabadda dava həddinə çatıb Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
Yazarlar

Ədəbiyyat və Saglam Qidalanma ..-Nutrisoloq Elnur Nemətovdan maraqlı yazı

Bu gün / 17:46 8 dəq
Elnur123
Bu gün / 17:46
Burada sizin reklamınız ola bilər
 Ədəbiyyat: Kimliyimizi Qoruyan Güc
Müxtəlif dövrlərdə ədəbiyyat simaları fərqli həyat yaşayıb. Kimi saray mühitində, kimi kasıb daxmada. Kimi ictimai diqqətin önündə, kimi sükut içində. Yolları və üslubları fərqli olsa da, məqsədləri bir olub — sözü zamanın içindən keçirib gələcəyə çatdırmaq.
Kiminin səsi bu günə kimi gəlib çatıb, kimininki isə öz dövründə itib-batıb.
Bəs bunun sağlam qidalanma ilə əlaqəsi varmı?
Əlaqə birbaşa olmasa da, var və çox dərindir.
Sağlam qidalanma burada məqsəd yox, vasitə rolunu oynayır.
Necə?
Çünki yazmaq, xüsusilə dərin və qalıcı yazmaq, uzunmüddətli zehni güc tələb edir.
Bunun üçün beyinə sabit enerji, sakit sinir sistemi, balanslı metabolizma və aydın düşüncə lazımdır.
Burada məqsəd bədəni məhdudlaşdırmaq deyil, düşüncənin sərbəst və davamlı işləməsinə şərait yaratmaqdır.
Gəlin indi bir az keçmişə baxaq və gələcəyi daha möhkəm zəmanət altına alaq.
Misal olaraq dahilərin həyat tərzinə diqqət yetirək.
 Lev Tolstoy ət məhsullarından imtina edərək daha sadə, bitkiyönümlü qidalanmaya üstünlük verirdi.
Bu, bugünkü sərt vegan anlayışından çox, ölçülü və şüurlu vegetarian həyat tərzinə yaxın idi.
Onun üçün qidalanma sadəcə aclığı yatırmaq vasitəsi deyildi. Bu, həm də bədənə qulluq, daxili nizam və zehni aydınlığın qorunması idi.
Tolstoy anlayırdı ki, insan düşüncəsinin gücü, yaratdığı fikirlərin dərinliyi birbaşa bədənin sağlamlığı ilə bağlıdır. Yorğun və yüklənmiş bədən isə ən parlaq zehni belə zəiflədə bilər.
Franz Kafka daha çox sükutu və təkliyi seçərək yazırdı. Kafka üçün təklik qaçış yox, zehni intizam və daxili səsə fokuslanmaq vasitəsi idi.
O istəsəydi zəngin süfrələrdə otura, bol yeməklər yeyə və məclislərə qatıla bilərdi. Amma o, bunu yox, sadə və sakit həyatı seçirdi.
Kafka üçün əsas məsələ lüks həyat deyil, rahat düşünmək idi. O inanırdı ki, ağır və həddindən artıq yemək bədəni yorur, zehni də yavaşıdır. Buna görə də sadə qidalanma və sakit həyat onun yaradıcılığına daha uyğun idi. Kafka üçün vacib olan süfrənin bolluğu yox, fikrin aydınlığı idi.
 Ernest Heminquey adətən səhər tezdən yazmağa başlayırdı, çünki o bilirdi ki, günə necə başlanırsa, düşüncə də o ritmdə işləyir.
Səhər saatlarında beynin daha aydın, enerjinin isə daha sabit olması heç də təsadüf deyil.
Bu, bədənin təbii ritmidir. Deməli, Heminquey öz orqanizmini yaxşı tanıyırdı və yaradıcılığını həmin ritmə uyğun qururdu.
Qidalanmada nizamsız və gecikmiş yemək beyni ləngidə bilər. Balanslı səhər qidası isə zehni daha ayıq saxlayar. Heminquey üçün səhərin sakitliyi necə vacib idisə, düzgün qidalanmada da bədən üçün vaxtında verilən enerji o qədər vacibdir.
Yohann Volfqanq uzun piyada gəzintiləri ilə məşhur idi və nizamlı həyat tərzi sürürdü.
O yaxşı anlayırdı ki, hərəkət təkcə bədəni deyil, zehni də oyadır.
Fiziki aktivlik beyində qan dövranını artırır, oksigenləşməni gücləndirir. Bu isə yaddaş, analiz qabiliyyəti və yaradıcılıq kimi idrak funksiyalarını daha stabil işləməyə kömək edir. Yəni bədən hərəkətdə olanda, beyin də daha “aydın rejimə” keçir.
 Fyodor Dostoyevski əsərlərindəki psixoloji dərinlik heç də təsadüfi deyil. Beyin uzunmüddətli diqqət rejimində işləyəndə “dərin iş” mərhələsinə keçir.
Bu davamlılıq isə fizioloji sabitlik olmadan mümkün deyil.
Çünki dərin diqqətin formalaşması üçün beynə yüklənməyən, balanslı mühit lazımdır.
Daimi nizamsız rejim və zəif qidalanma zehni tez yorur və fokuslanmanı zəiflədir.
Sağlam qidalanma, nizamlı yuxu və sakit gündəlik ritm beynə daha sabit enerji verir və diqqəti həddindən artıq yüklənmədən qorumağa kömək edir.
Demək ki, bu cür yaradıcılıq səviyyəsini qorumaq üçün o da öz növbəsində qidalanmaya və həyat rejiminə böyük önəm verib.
Məhəmməd Füzuli maddi baxımdan çətin həyat yaşasa da, ifrat dünyəvi rahatlıqdan da uzaq durmuşdu.
Onun düşüncə tərzi yalnız ədəbiyyatla yox, həm də dini biliklərlə formalaşmışdı.
Dində qidalanma ədəbləri, ölçü, israfdan uzaq durmaq və nəfsi idarə etmək prinsipləri onun həyata baxışında mühüm yer tuturdu.
Bu yanaşmada məqsəd sadəcə az yemək deyil, bədəni və zehni tarazlıqda saxlamaq idi.
Zahidlik Füzuli üçün təkcə dini anlayış yox, həm də həyat ölçüsü idi.
 Nəfsə nəzarət, ehtiyacdan artıq yeməmək, sadəlik və daxili sabitlik onun həm yaradıcılığında, həm də dünyagörüşündə zehni fokus üçün əsas zəmin yaradırdı.
Bəli , coxsaylı müasir yazıçılar arasında da sağlam həyat tərzi, qidalanma və orqanizm–psixologiya əlaqəsinə əsərlərində və ya qeyri-bədii yazılarında yer verənlər var.
 Haruki Murakami həm romanlarında, həm də esse tipli yazılarında rejim, idman və sadə qidalanma mövzularına tez-tez toxunur.
Məsələn, o öz gündəlik həyat prinsiplərində nizamlı yuxunu, hər gün qaçışı və sadə, yüngül qidalanmanı vurğulayır.
 Onun yanaşması belə bir fikrə dayanır: bədən düzgün işləməsə, beyin də uzunmüddətli yaradıcı fəaliyyət göstərə bilməz.
Yüzlərlə belə nümunə göstərmək olar.
Amma ortaya çıxan nəticə isə eynidir: böyük ədəbiyyat yalnız istedadın deyil, intizamlı həyat tərzinin də nəticəsidir.
Çünki sözün gücü onu yazanın düşüncə aydınlığından doğur!
Aydın düşüncə isə təsadüf deyil. O, balansın, ölçünün və zehni məsuliyyətin məhsuludur.
Bunu vacıb bilməliyik ki, zehni gərginlik və nizamsız qidalanma fokus müddətini azalda, ideyaların formalaşmasını çətinləşdirə bilər.
Yəni sinir sistemi gərginlik içində olduqda diqqət azalır, düşüncə ağırlaşır. Deməli uzunmüddətli zehni fəaliyyət üçün bədənin enerji ritmi sabit olmalıdır.
Bir daha qeyd edək ki, sağlam qidalanma burada məqsəd deyil, vasitədir.
Qida, bədəni artıq yükləmədən enerji ilə təmin etməlidir. Çünki dolu və yorğun bədən dərin düşüncənin dostu ola bilməz.
Məhz bu məqamda sağlam qidalanma ədəbiyyatla kəsişir.
 Ona görə də hər bir ədəbiyyat adamının öz bədəninin qeydinə qalması cox vacibdir.
Çünki söz və hikmətlə insanların qəlbinə toxuna bilən ədəbiyyat adamının, daşıdığı sözün gücünü yaşada bilməsi üçün bədəni sağlam, gümrah və tarazlıqda olmalıdır.
Əks halda fikir aydınlığı zəifləyər, təsir gücü azalar.
Bu zaman ədəbiyyat adamı insanların gizli duyğularına işıq tutmaq əvəzinə, öz yorğunluğunu və halsızlığını sözə yükləyə bilər..
Nəticədə isə yazılan mətn nə insana fayda verər, nə də uzun müddət yadda qalacaq dəyər daşıyar.
Dostlara dərin hörmətlə:
Paylaş
Burada sizin reklamınız ola bilər