Dünya

Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Moskvada görüşüb

8 dekabr / 22:02 2 dəq
65734a6000ccb65734a6000ccc170205449665734a6000cc965734a6000cca
8 dekabr / 22:02
Burada sizin reklamınız ola bilər

Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.

Overçukun administrasiyasından “Qərb Xəbər” APA-a istinadən xəbər verir ki, baş nazirin müavinləri Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini nəzərdən keçiriblər.

Hökumətlərarası komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiq edərək, ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüşdə 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımının 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% artdığı vurğulanıb.

Tərəflər əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Paylaş
Burada sizin reklamınız ola bilər