Bölgə xəbərləri

Bakı-Qazax avtomobil magistralında ağır yol qəzası olub

30 iyul / 15:06 1 dəq
3eade170 0abc 36df 9471 59602e2e8796
30 iyul / 15:06
Burada sizin reklamınız ola bilər

Bakı-Qazax avtomobil magistralında ağır yol qəzası olub.

Qərb xəbər  bildirir ki,bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Ərşəli kəndi yaxınlığında (Bakı-Qazax avtomobil yolunun 180-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – deyə qeyd olunub.

 

Paylaş
Burada sizin reklamınız ola bilər