Bölgə xəbərləri

Axıncaçaydan sel keçir – FAKTİKİ HAVA

24 iyun / 10:51 1 dəq
649691b694341649691b6943421687589302649691b69433f649691b694340
24 iyun / 10:51
Burada sizin reklamınız ola bilər

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə “Qərb Xəbər”ə Xidmətdən xəbər verilib.

Düşən yağıntının miqdarı Qaxda 8 mm, Ordubadda 4 mm, Şahbuz, Sədərəkdə 3 mm, Şərur, Culfa, Gədəbəy, Göygöl, Şəki, Naxçıvan, Daşkəsən, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qusar, Tərtər, Yevlaxda 4 mm-dək olub. Şərur, Daşkəsən, Göygöl, Balakən, Şəki, Qrız, Şahdağda duman müşahidə olunub.

Tovuz rayonu ərazisindən keçən Ağdam Axıncaçaydan hazırda sel keçir.

Paylaş
Burada sizin reklamınız ola bilər