Kateqoriyasız

472 yeni yoluxma faktı qeydə alınıb

16 may / 16:44 1 dəq
E56514cc 4d12 3a46 9dac e0c81d8712d5
16 may / 16:44
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1 122 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahınməlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 314 900 nəfər müalicə olunaraq sağalıb, 4 779 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 164 nəfərdir.

Ötən müddət ərzində 3 384 053 test aparılıb. Bugünkü test sayı isə 8374-dür.

Paylaş
Burada sizin reklamınız ola bilər