Bölgə xəbərləri

“Qarabağ” – “Qalatasaray” oyununun bilet qiymətləri məlum oldu

14 mart / 17:12 1 dəq
Futbol
14 mart / 17:12
Burada sizin reklamınız ola bilər

“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubuna qarşı yoldaşlıq oyunu keçirəcək.

Matç üçün biletlərin nə vaxt satışa çıxarılacağı bəlli olmasa da, qiymətlər artıq məlumdur.

“Qərb Xəbər”in məlumatına görə, ən ucuz bilet 3 manata satılacaq. Qarşılaşmanı VIP tribunadan izləmək istəyənlər isə 100 manatlarından keçməli olacaqlar. Bundan başqa sektorlar üzrə 5, 30 və 50 manatlıq biletlər satışa çıxarılacaq.

“Qarabağ” – “Qalatasaray” qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Rəsmi açıqlama verilməsə də, matçın martın 26-da saat 20:00-da start götürəcəyi məlumdur. Görüşdən əldə ediləcək məbləğ Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım fonduna köçürüləcək.

Oxu.az

Paylaş
Burada sizin reklamınız ola bilər