ABŞ dövlət katibi Entoni Blinken bu gün Münhendə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
“Qərb Xəbər” bildirir ki, görüş saat 13:35-ə yerli vaxtla təyin edilib.
Görüş barədə əvvəllər məlumat verilməyib. Keçən ay Blinken Paşinyan və Əliyevlə ayrı-ayrılıqda danışıb və sülh prosesinin son uğursuzluğu fonunda onları birbaşa danışıqları yenidən başlamağa çagırıb.