Hadisə

Qazaxda yol-nəqliyyat hadisəsi

6 iyun / 10:34 1 dəq
6f41c131 4b7a 32ce 869f ee3a2e6cc5d6
6 iyun / 10:34
Burada sizin reklamınız ola bilər

Qazax şəhərində 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qərb Xəbər”in məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2004-cü il təvəllüdlü B.Məhərrəmovanı və 1951-ci il təvəllüdlü Ə.Quliyevi avtomobil vurub.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər