Dünya

Qazaxıstanda Konstitusiyaya dəyişikliklə bağlı referendumun ilkin nəticələri

6 iyun / 09:50 1 dəq
673193b5 b886 3438 89e0 82b92ca943c3
6 iyun / 09:50
Burada sizin reklamınız ola bilər

Qazaxıstanda Konstitusiyaya dəyşiklikliyi seçicilərin 77,18 faizi dəstəkləyib.

Qərb Xəbər “Zakon”a istinadən xəbər verir ki, bu barədə Referendum üzrə Mərkəzi Komissiyanın sədri Nurlan Abdirov brifinqdə ilkin nəticələrlə bağlı bildirib.

Onun sözlərinə görə, 6 mln. 863 min seçici, yaxud səs verənlərin 77,18 faizi dəyişikliklərin lehinə, 18,66 faizi isə əleyhinə səs verib.

Komissiya sədri bildirib ki, referendumda seçicilərin 68,06 faizi iştirak edib. Dəyişikliyə uyğun olaraq dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin, hakimiyyətin yerli nümayəndələrinin rolu əhəmiyyətli dərəcədə artırılır, insan hüquqları sahəsində sistem gücləndirilir, Konstitusiya məhkəməsi yaradılır, ölüm hökmü, keçmiş Prezident Nursultan Nazarbayevin ölkənin birinci rəhbəri statusu ilə bağlı bölmə ləğv edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər