Ukrayna kəşfiyyatı: “Ukrayna sərhədinə yaxın 300-ə qədər Belarus tankı yerləşdirilib”
“Belarus-Ukrayna sərhədi yaxınlığında 300-ə yaxın Belarus tankı yerləşdirilib”.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Kəşfiyyatı məlumat sızdırıb. Məlumatda qeyd olunub ki, hazırda Ukrayna sərhədi boyunca səfərbər olunan Belarus qoşunlarının Ukraynaya daxil olmasına haqq qazandırmaq üçün Rusiya təxribat hazırlayır.




