Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropanı qazın bahalaşacağı ilə təhdid edib.
“Qərb xəbər” bildirir ki, Medvedev bu barədə öz tviter hesabında paylaşım edib.
“Almaniyanın kansleri “Şimal axını 2” qaz xəttinin sertifikasiyasını dayandırmağı tapşırıb. Yaxşı, o zaman yeni dünyaya xoş gəlmisiniz. O dünyada ki avropalılar artıq yaxın zamanda qazın min kubmetrinə görə 2 000 avro ödəyəcəklər!”, – deyə Rusiyanın keçmiş prezidenti bildirib.
Qeyd edək ki, Almaniyanın kansleri Olaf Şolts Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırılmasını tapşırıb.