Dünya

Ermənistanda zəlzələ dağıntılar yaradıb, sakinlər küçələrdə qalıb

14 fevral / 10:40 2 dəq
F2a932c322818d7d339375eecbebda08
14 fevral / 10:40
Burada sizin reklamınız ola bilər

Ermənistanda zəlzələ dağıntılar yaradıb, sakinlər küçələrdə qalıb

 

Ermənistanın Lori vilayətinin Alaverdi şəhərində 5,4 bal gücündə baş verən zəlzələ nəticəsində bəzi bina və tikililərin divarları uçub. Sakinlər evlərini tərk edib, bəziləri avtomobillərə və qarajlara sığınıb. “Qərb xəbər xəbər verir ki, bu barədə yerli “Uqol+3” telekanalının direktoru Qraçya Papinyan New.am xəbər portalına məlumat verib. Onun sözlərinə görə, xüsusən köhnə evlərin eyvanlarından daşlar yollara tökülüb. Papinyan bildirib ki, şəhər sakinləri evlərini tərk edib, bəziləri avtomobillər və qarajlarda gecələyib. Eyni zamanda təbii hadisə Gümrüdə də sakinlər arasında kütləvi təlaşa səbəb olub. Vətəndaşlar evlərini tərk edərək küçələrə çıxıblar. Qeyd edək ki,yeraltı təkanlar Gümrüdə 4.9 bal, İrəvanda isə 3 bal gücündə hiss edilib

 

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər