Dünya

2028-ci il Avropa çempionatı bu iki ölkədə keçiriləcək

4 oktyabr / 14:48 1 dəq
651d3f5586204651d3f55862051696415573651d3f5586201651d3f5586203
4 oktyabr / 14:48
Burada sizin reklamınız ola bilər

2028-ci ildə futbol üzrə Avropa çempionatı Böyük Britaniya və İrlandiyada keçiriləcək.

“Qərb Xəbər” xarici mediaya istinadla bildirir ki, bu barədə UEFA-nın rəsmi məlumatında deyilir.

Bundan əvvəl Türkiyə Futbol Federasiyası 2032-ci ildə keçiriləcək turnir üçün İtaliya ilə birgə müraciət etdiyi üçün 2028-ci il Avropa Çempionatına ev sahibliyi etmək təklifini geri götürmüşdü.

  Qeyd olunur ki, Avro-2028-in rəsmi yeri oktyabrın 10-da UEFA-nın Nyon şəhərindəki İcraiyyə Komitəsində açıqlanacaq. İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels ilk dəfə turnirə ev sahibliyi edəcək.

 

 

 

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər