Elm və Texnologiya

2024-2025-ci tədris ilində məzunların sayı açıqlanıb

3 iyun / 15:01 1 dəq
Images 2025 06 03t150119.134
3 iyun / 15:01
Burada sizin reklamınız ola bilər

2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 min 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 min 222 nəfər şagird məzun olacaq.

Bu barədə Qerbxeber.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb.

Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına iyunun 14-20-si, ümumi orta təhsil haqqında attestatların isə iyunun 23-28-i aralığında təqdim edilməsi planlaşdırılır:

“Məzunlar həmin tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz”.

Paylaş
Burada sizin reklamınız ola bilər