Bölgə xəbərləri

2022-ci ildə Azərbaycanda ən çox ölüm Qazaxda qeydə alınıb

18 oktyabr / 10:38 1 dəq
391388320 1859397211122693 1168907985548010864 n
18 oktyabr / 10:38
Burada sizin reklamınız ola bilər

2022-ci ildə Azərbaycanda ən çox doğum Yardımlıda, ən çox ölüm isə Qazaxda qeydə alınıb. Bu barədə  “Qərb Xəbər”  Azadlıq Radiosuna istinadən xəbər verir.  Dövlət Statistika Komitəsinin demoqrafik statistikasına əsasən 2022-ci ildə əhalinin hər 1000 nəfərinə görə ölüm sayı Qazax rayonunda 8 nəfər təşkil edib. Bu da ölkə üzrə ən yüksək göstəricidir. Ölkə üzrə ölüm sayı isə ortalama 1000 nəfərə 6 nəfər olub. Ölkə üzrə ən çox doğum sayı Yardımlı rayonunda 1000 nəfərə 19,2 nəfər qeydə alınıb. Rəqəmləri təqdim edirik:

Qazax – 8

Qax – 8

Ağstafa – 7,9

Gədəbəy – 7,9

Samux  – 7,8

Naftalan – 7,7

Goranboy -7,4

Tovuz – 7,2

Şuşa –  7,2

Göygöl – 7,2

Ölkə ortalaması: 6

5018a914-f28e-4833-833e-be600faf699b

Paylaş
Burada sizin reklamınız ola bilər