İqtisadiyyat

17 may məzənnələri

17 may / 13:18 1 dəq
Mezenne
17 may / 13:18
Burada sizin reklamınız ola bilər

Mərkəzi Bank mayın 17-də ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0263 manat) məzənnələrini sabit saxlayıb.

Bir çox valyuta isə dəyər itirib.

Novator.az-ın məlumatına görə, avro 1,9005, Gürcüstan larisi 0,6199, Türkiyə lirəsi 0,2798 manata düşüb (Tam siyahı).

Dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir. Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.

Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-aprel aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 975,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 634,9 milyon dollar, fevralda 316,2 milyon dollar, martda 600,5 milyon dollar, apreldə 423,7 milyon dollar alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər