Dünya

10 oktyabr gecəsi Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib

11 oktyabr / 15:51 2 dəq
Ballistik
11 oktyabr / 15:51
Burada sizin reklamınız ola bilər

Rusiya ordusu oktyabrın 10-da Ukraynanın energetika obyektlərinə güclü zərbə endirib, bu zaman çoxsaylı, o cümlədən ballistik raketlərdən istifadə olunub. Müdafiə qüvvələri üçün bu raketləri vurmaq çətinləşib, çünki onlar modernləşdirilib və havada “piruetlər” (kəskin manevrlər) edir.

Qerbxeber.com  xəbər verir ki, bu barədə Axar.az  ukraynalı aviasiya eksperti Anatoli Xrapçinskiyə istinadən məlumat verib.

“Bəli, ballistikanın dəyişməsi təkcə Rusiya raketlərində deyil, həm də Koreya və İran raketlərində baş verir. İstifadə prinsipləri göstərir ki, bizdə bu cür hücumlara qarşı işləyən bəzi sistemlər artıq bəzən müdafiəni qura bilmir. Daha çox dəqiq zərbələr müşahidə edirik, çünki düşmən raketlərini aktiv şəkildə modernləşdirir”, – deyə Xrapçinski bildirib.

Onun sözlərinə görə, raket hədəfə yaxınlaşarkən – təxminən 40 km məsafədə, trayektoriyasını dəyişərək manevr edir:

“Xüsusilə sağa və ya sola kəskin istiqamət dəyişə bilir və raket əleyhinə sistemləri çaşdırmaq üçün xüsusi aldatma vasitələri (tələ obyektləri) buraxır. Məhz bu dəyişikliklər, xüsusilə də hücum bucağının qəfil dəyişməsi – hava hücumundan müdafiə sistemlərinin bu cür raketləri vurmasını xeyli çətinləşdirir. Bunlar müasir ballistik raketlərdir və bu, gözlənilən haldır”.

Qeyd edək ki, oktyabrın 9-dan 10-na keçən gecə ruslar Ukraynaya kütləvi şəkildə raket və pilotsuz təyyarə ilə hücum edib. Konkret olaraq, Hərbi Hava Qüvvələrinin radiotexniki qoşunları 497 hava desant hücumu silahını (32 raket və 465 müxtəlif təyinatlı PUA) aşkar edərək izləyib.

Hücum nəticəsində Kiyev, Donetsk, Çerniqov, Çerkassı, Xarkov, Sum, Poltava, Odessa və Dnepr vilayətində yüz minlərlə istehlakçı işıqsız qalıb.

Paylaş
Burada sizin reklamınız ola bilər