Kateqoriyasız

1 364 yeni yoluxma faktı qeydə alınıb

13 noyabr / 15:42 1 dəq
4c273c11 dd9f 3a77 b936 2c2c707843c6
13 noyabr / 15:42
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 364 yeni yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 71 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53 001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17 652 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 744, ötən müddət ərzində isə ümumilikdə 1 489 382 test aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər