Bölgə xəbərləri

Şəmkirdə əmək yarmarkası keçirilib

7 aprel / 10:46 1 dəq
64687638e14e7c8021c755d286137479
7 aprel / 10:46
Burada sizin reklamınız ola bilər

Aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Şəmkir rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 130 vakant iş yeri təklif olunub.

“Qərb Xəbər” bildirir ki, məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 18 müəssisədə vakant iş yerləri təqdim edilib. İş təklifləri iqtisadi fəaliyyət növünə görə, rayonun əmək bazarının tələbatına uyğun olaraq kənd təsərrüfatı, emal, xidmət və istehsal sahələrini əhatə edib.
Yarmarkda işəgötürənlər tərəfindən 270 müraciət qeydə alınıb. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 345-800 manat arasında dəyişib.

Paylaş
Burada sizin reklamınız ola bilər