Dünya

Ərdoğanın son durumu açıqlanıb

27 aprel / 16:01 1 dəq
12b3dab3 8c7f 3973 8b6c dc7dcf7de244
27 aprel / 16:01
Burada sizin reklamınız ola bilər

“Prezident Rəcəb Tayyib Ərdoğanın sağlam və güclü formada vəzifəsinin başındadır”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

O deyib ki, bəzi dairələr ölkə liderinin səhhətinə dair əsassız məlumatlar yayırlar və bununla siyasi qazanc əldə etməyə çalışırlar.

Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.

Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.

Dövlət başçısının aprelin 26-na nəzərdə tutulan proqramı təxirə salınmışdı. R.T.Ərdoğan ötən gün evində istirahət edib.

Paylaş
Burada sizin reklamınız ola bilər