Bölgə xəbərləri

“Ərdoğan Tehranda Suriya məsələsinə görə təkləndi”- Politoloq

22 iyul / 17:15 4 dəq
Ab8416f9 7a7b 44ed 8a6e b240df0e760c 1 960x613.jpg.pagespeed.ce.R4qy9PvoEZ
22 iyul / 17:15
Burada sizin reklamınız ola bilər

“Bir tərəfdən İraqın sabitliyi, digər tərəfdən Suriyada siyasi proseslərin sürətlənməsi. İndiyə qədər çox təəssüf ki, Suriyada Konstitusiya komissiyasının iclasları istənilən nəticəni verməyib”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bu, əslində rejimin etinasızlığına görə baş verdi. Bəs rejimin ən böyük dəstəkçiləri kimlərdir? Rusiya və İran. Ona görə də bu mənada rejimi təşviq etməlidirlər. Birgə bəyanatımızda vurğuladığımız kimi, yeganə həll yolu siyasi həlldir. Bunun üçün addımlar atılmalıdır.

İstər Qafqazdakı proseslər, istərsə də Yaxın Şərqdəki proseslər onların qiymətləndirilməsi baxımından əhəmiyyətli idi. Eyni şəkildə, cənab Putinlə ikitərəfli görüşdə bir tərəfdən ikitərəfli əlaqələr, digər tərəfdən taxıl ixracına maneələrin aradan qaldırılması, Ukraynada davam edən müharibəyə atəşkəslə son qoyulması ilə bağlı fikir mübadiləsi aparılıb. Türkiyə olaraq Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Türkiyənin münasibətini və gözləntilərini hər iki liderlə bölüşüb. O, həmçinin cənab Putinlə xüsusilə Ukraynada müharibənin dayandırılması ilə bağlı məhsuldar görüş keçirib”, – nazir vurğulayıb.

Məsələni ‘Qərb Xəbər’ə şərh edən politoloq Qabil Hüseyinli bildirdi ki, Xamenei Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsinə qarşıdır:

“Astana zirvəsi Suriya məsələsinə həsr olunmuş bir formatdır. Tehran görüşü də bir növ Astana zirvəsi davamı oldu. Astana formatında Rusiya və İran birləşib, ortaq mövqe sərgilədilər. Tehran görüşündə də bu cür oldu. Bunlar bilirlər ki, Türkiyə Suriyanın şimalında PKK və PYD-nin silahlı qüvvələrinə qarşı əməliyyat hazırlayırdı. Hətta, Türkiyə qoşunları Suriya sərhədinə, təxminən 37 km məsafə boyu cəmləşmişdi. Tehran görüşündə Xameyeni fəallıq etdi. Bütün mənfi və gerçək olmayan fikirlər onun dilindən çıxdı. Həm Zəngəzur dəhlizinin əleyhinə çıxdı, həm də Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatların əleyhinə çıxdı. Putin də öz maraqları üçün İran tərəfində yer aldı.

Beləliklə, Ərdoğan Suriya məsələsində təklənmiş oldu. Düşünürəm ki, bu görüşün əsas məqsədlərindən biri Türkiyənin Suriyada hərbi əməliyyatlarının qarşısını almaq idi. Türkiyə bütün bunları başa düşür və ola bilər ki, bir müddət əməliyyat planını təxirə salsın. Türkiyə bu vəziyyətdə ikinci cəhdə baş vurmalıdır. Siyasi proseslər Türkiyənin əleyhinə davam etsə, fikrimcə Astana formatından çıxacaqdır”.

“Bu bölgədə Rusiya dünya sivilizasiyasına qarşı hərəkət edən ölkə elan edilib. Həmçinin, İran da geri qalmır və o da dünya təhlükəsizlik sisteminə qarşıdır. Bu iki ölkə inkişafı yox, bəşəriyyəti geriyə çəkən ideyalar yayır”. – deyə politoloq vurğuladı.

Rahib İsgəndərli

Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər