Xəbər

Ərdoğan bu gün zəlzələ baş vermiş ərazilərə səfər edəcək

8 fevral / 09:15 1 dəq
C384668f30303726f2bf38be4076987d
8 fevral / 09:15
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün zəlzələ bölgəsinə səfər edəcək.

“Qərb Xəbər” Türk  KİV-nə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.

Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 894-ə çatıb, 34 810 nəfər yaralanıb. Məlumat üçün bildirək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Dağılan binaların sayı 5 775, dağıntılar altından çıxarılanların sayı isə 8 min civarında olduğu bildirilir.

Qeyd edək ki, zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib.

Paylaş
Burada sizin reklamınız ola bilər