İdman

Əliyar Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb

30 sentyabr / 11:28 1 dəq
66fa41a4b152266fa41a4b1523172767683666fa41a4b152066fa41a4b1521
30 sentyabr / 11:28
Burada sizin reklamınız ola bilər

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Qerbxeber.com Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaq.

Qeyd edək ki, oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər