Siyasət

Əli Əhmədov: “Parlament seçkiləri 2020-də olacaq”

7 may / 13:19 1 dəq
41b4b542 ddc7 4139 80b8 8857a513dc36
7 may / 13:19
Burada sizin reklamınız ola bilər

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib. 

Baş Nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri gələn il baş tutacaq.

O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq.

Ə.Əhmədov xatırladıb ki, bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər