Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici təsir” qanun layihəsinə veto qoyacağını bir daha təsdiqləyib.
Qerbxeber.com xəbər verir ki, Zurabişvili bunu CNN-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstan üçün həlledici məqamdır.
Prezident polisin Tbilisidə “xarici təsir” qanununa etiraz edən nümayişçilərə müdaxiləsini “rus metodu” adlandırıb.