“Ukraynalılara Zelenskinin “qələbə planı”nın artıq amerikalılara məlum olan gizli məqamları göstərilməyəcək”.
Qerbxeber.com Musavat.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
Onun sözlərinə görə, planın ABŞ-da təqdimatından sonra o, Ukrayna cəmiyyətinə göstəriləcək. Bununla belə, bəzi müddəalar bağlı qalacaq.
“İctimaiyyətə çıxan hər şeyi təkcə biz deyil, düşmən də eşidir. Və buna görə də, təbii ki, bu planın bəzi təfərrüatları bağlı saxlanılacaq. Ancaq bilirsiniz ki, bu planın düşmən ərazisində həyata keçirilməsi vacibdir”, – deyə Ukrayna prezidentinin ofisinin rəhbəri bildirib.