Ukrayna Prezidenti Vladimir Zelenski “Kvartal-95” studiyasının direktoru və təsisçisi Sergey Şefir daxil olmaqla bir sıra müşavir və köməkçiləri işdən çıxarıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
Məlumata görə, Ukrayna müdafiəçilərinin hüquqlarının təmin edilməsi üzrə komissarı Alyona Verbitskaya və Ukrayna Prezidentinin könüllülük fəaliyyəti üzrə müşaviri Natalya Puşkareva da işdən çıxarılıb.
İşdən çıxarılanlar arasında məsləhətçilər – Oleq Ustenko, Sergey Trofimov və Mixail Radutskinin də olduğu bildirilir.