Şimali Atlantika Alyansının Vaşinqtonda keçiriləcək sammitində Ukrayna yeni hava hücumundan müdafiə sistemlərinin və F-16 qırıcılarının əldə edilməsində israrlı olacaq.
Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, hərbi texnika ilə yanaşı, Ukrayna hakimiyyəti müttəfiqlərindən əlavə maliyyə yardımı almağa ümid edir, həmçinin ABŞ və Avropa İttifaqından qətiyyətli addımlar gözləyir.