Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-nin Prezidenti Donald Tramp Rusiya ilə atəşkəsin əldə olunmasını müzakirə edib.
Qerbxeber.com xəbər verir ki, Zelenski”Telegram” kanalında bununla bağlı fikirlərini bölüşərək,müzakirələrdə, həmçinin, vacib məsələlər ətrafında fikir mübadiləsi aparıldığını qeyd edib.
O, amerikalı həmkarına təşəkkür etməyi də unutmayıb.
“Biz atəşkəs və davamlı sülhün əldə olunması barədə müzakirələr həyata keçirdik. Bu məsələyə olan diqqəti və onların sülhün əldə edilməsinə hazırlığını yüksək qiymətləndiririk” – deyə, V. Zelenski qeyd edib.