Ukrayna Prezidenti Volodemir Zelenski Zaporojye vilayətində cəbhə xəttində, Rabotinoda olarkən, düşmən kəndi atəşə tutub.
“Qərb Xəbər” bildirir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib.
“Atışma Zelenskinin olduğu yerə olduqca yaxın idi. Bu, Rabotinodur, orada aktiv döyüşlər gedir. Amma vəziyyəti dramatikləşdirməzdim”, – o bildirib.
Qeyd edək ki, Zelenski ötən gün cəbhə xəttinə gəlmişdi.