Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 13-də keçirdiyi brifinqdə Moskvanın İrəvanın rus sərhədçilərini “Zvartnots” hava limanından çıxarmaq qərarını necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırıb.
Qerbxeber.com Musavat.com istinadən xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
“Biz Ermənistan rəhbərliyinin bu mövzu ilə bağlı şərhlərini görmüşük. Müvafiq bildiriş idarə xətti ilə göndərilib, lakin diplomatik kanallarla heç nə daxil olmayıb. Bütün qərarlar idarələrarası danışıqların nəticələrinə əsasən veriləcək”, – Mariya Zaxarova deyib.
Zaxarova qeyd edib ki, sözügedən açıqlama rəsmi İrəvanın bir sıra qeyri-dost addımları və bəyanatları fonunda verilib:
“Çətin ki, belə bir təşəbbüs Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına cavab versin