Ukrayna prezident aparatının rəhbəri Mixail Podolyak Zalujnının istefası ilə bağlı açıqlama verib.
Qerbxeber.com xəbər verir ki, Podolyak Zalujnının istefasını Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ildəki uğursuzluğu ilə əlaqələndirib:
“Qərar ötən il lazımi nəticəni tam təmin etməyən fəaliyyət taktikasının olması, cəbhə xəttində ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərən durğunluğun qarşısının alınması, yeni funksional və yüksək texnoloji həllərin tapılması zərurəti ilə bağlıdır”, – Podolyak vurğulayıb.
Onun sözlərinə görə, orduda idarəetmə islahatlarının başlanması vacibdir. Podolyak hesab edir ki, Zalujnının istefası Ukraynaya döyüş meydanındakı durğunluğu aradan qaldırmağa imkan verəcək.