Elnur nemətov 4
Populyar, amma riskli diyet-Zülal Təzyiqi Altında… ELNUR NEMƏTOVDAN dəyərli tövsüyyələr
Ilhammmmmmmm
Prezident İlam Əliyev: Ukrayna vətəndaşlarına məsləhətim odur ki, heç vaxt işğalla barışmayın!
İlham aliyev shusa forum
Azərbaycan Prezidenti: Təyyarə qəzası ilə bağlı ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir
Batmaq
Qazaxda Ukrayna vətəndaşı çayda boğuldu
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Zəngəzurda savaş anonsu: Gizli planda nələr var?

Ermənistan hücuma hazırlaşır

2 il ago
A A
Images 2023 11 15t095351.193

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin son açıqlaması Qərbin “Azərbaycanın Ermənistana hücum edəcəyi” ittihamını informasiya müstəvisindən rəsmi səviyyəyə yüksəltməsi deməkdir. Borrel bildirir ki, Azərbaycana “Ermənistanın ərazi bütövlüyü pozulmasının ağır nəticələrinin olacağı” haqda xəbərdarlıq ediblər.

Qəribə situasiya yaranıb: rəsmi Bakı hansısa hücum hazırlığının olmadığını deyir, hətta “hücum ittihamlarının” istinad nöqtəsi olan Zəngəzur dəhlizinə marağın itdiyini bəyan edib, Qarabağda antiterror tədbirlərindən sonra hərbi müstəvidə də hansısa hərəkətlilik yoxdur, əksinə Azərbaycan sülh gündəliyini önə çıxarıb, buna rəğmən, ittihamlar dayanmır, əksinə daha da artır və Bakının bütün açıqlamaları, təkzibləri gözardı edilir;

Bütün bunlar Cənubi Qafqazda müəyyən ssenarilərin tətbiqinə hazırlığın tərkib hissəsidir və hədəf məlumdur:

Cari hədəf: Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənmək;

Ortamüddətli hədəf: Rusiyanı Ermənistandan çıxarmaq, bölgədə mövqelərini zəiflətmək;

Uzaqmüddətli hədəf: dəhlizlər uğrunda mübarizədə Orta dəhlizin önünü kəsmək üçün yeni münaqişə ocağı yaratmaq, bu marşrutda təsir imkanları qazanmaq;

Cari hədəf istiqamətində intensiv addımlar atılır:

– Fransa Ermənistanın silahlandırılmasını və ordusunun yenidən dizayn edilməsini üzərinə götürüb;

– Avropa İttifaqının müşahidə missiyasının sayı artırılır;

– Aİ üzvü olmayan Kanadanın müşahidə missiyasına qoşulması NATO-nun bu missiya adı altında Ermənistana daxil olması kimi də qəbul edilə bilər;

– Ermənistana hərbi yardım təkcə Fransa ilə məhdudlaşmır, Aİ Sülh Fondu çərçivəsində prosesə qoşulur;

Ortamüddətli hədəf – Rusiyanın Ermənistandan çıxarılması – cari hədəfə paralel şəkildə həyata keçirilə bilər, çünki Qərb İrəvan üzərindən bölgədə möhkəmlənərkən, Moskvanın əks-həmlələrinin də qarşısını almalıdır.

Daha öncə də yazmışdıq: bu hədəfə nail olmaq – Rusiyanın Ermənistandakı təhlükəsizlik rolunu sıradan çıxarmaq və onun yerini tutmaq üçün əsas-bəhanə lazımdır. Bu hədəfə aparan yolda Azərbaycanın vasitə olaraq seçildiyi görünür. Və hazırlanan ssenaridə sərhəd təxribatının törədiləcəyi istisna deyil. Ermənistan Azərbaycana hücum edir və yaranan eskalasiya fonunda Rusiyanın, eləcə də KTMT-nin “müdafiə öhdəliklərini” yerinə yetirmədiyini əsas gətirərək, “təhlükəsizlik müttəfiqini” dəyişdirməyi, təşkilatdan çıxmağı aktuallaşdırır;

Bakının bütün təkziblərinin, rəsmi açıqlamalarının gözardı edilərək, irəli sürülən “Azərbaycan Ermənistana hücum edəcək” ittihamı ictimai rəydə “alibin” yaradılmasına hesablanıb. Və Borrelin timsalında ittihamın rəsmiləşdirilməsi prosesdə təxribat mərhələsinə keçildiyi, yaxud yaxın dövrdə keçiləcəyi ehtimalını ön plana çıxarır.

Bu kontekstdə əsas diqqətçəkən məqam Nikol Paşinyanın KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsidir. Nikol anlayır ki, bu, Rusiyanın təzyiqinin artmasına səbəb olacaq və sammit gününə qədər, eləcə də ondan sonra Moskva-İrəvan xəttində kəskinləşməni gücləndirəcək. Azərbaycanla sərhəddə eskalasiyanın yaradılması ssenarisi də həm Moskvanı qabaqlamaq, həm də İrəvanın təşkilatdan çıxmasını aktuallaşdırmaq məqsədilə məhz KTMT-nin sammiti ərəfəsində tətbiq edilə bilər.

Mümkün təxribat ssenarisində proseslərin nəzarətdən çıxması və genişmiqyaslı hal alması gözləntisi də var. Əslində Orta dəhliz üzərində qanlı toqquşma planlarında hədəflərdən birinin bu olduğu da istisna edilməməlidir.

Asif Nərimanlı

Son xəbərlər

Aeroport

Moskvanın hava limanları bağlandı-Ukrayna hücum etdi

20 İyul 2025
Tramp mertz

ABŞ-ın Ukraynaya yardımı davam etdirmək qərarı Almanya Kanslerinin təşəbbüşləri sayəsində baş tutub

20 İyul 2025
Obkomun binası

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin binasında Qələbə muzeyi yaradılacaq

20 İyul 2025
Piyada qəza

Göygöl rayonunda avtoqəza can aldı

20 İyul 2025
İlham aliyev shusa forum

Prezident İlham Əliyev:Beynəlxalq hüquq Azərbaycanla Ermənistan arasında etimadın zəmanəti olmalıdır

20 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.