Kamran cƏfərov
Trampın Putinə qarşı aqressiyasının səbəbi nədir-Siyasi təhlilçi KAMRAN CƏFƏROVun şərhi
Elnur mematov 1
Komfort — yoxsa artiq cəki…- ELNUR NEMƏTOVun yazısı
Abs dovlet departamenti 1024x767
Dövlət Departamenti: Biz Ukraynaya hər zaman yardım etmişik və bu işi davam etdiririk
President of georgia mikheil saakashvili in tbilisi, march 22, 2008
Rusiyanın Azərbaycanla bağlı planı budur -Saakaşvilidən müzakirələrə səbəb olacaq sözlər
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Zəngəzur dəhlizinə qarşı Lars yolu: Qazaxda keçid bağlanır…

2 il ago
A A
Resize (13)

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb. 

“Qərb Xəbər” onunla müsahibəni təqdim edir:

– Cümşüd bəy, Azərbaycan sülh üçün 5 şərt təklif etdiyi halda Ermənistan 3 şərt üzərində razılığın olduğunu bildirdi. Bunun həmin təkliflərlə bağlı olub-olmadığı da açıqlanmayıb… 

– BMT Nizamnaməsindən irəli gələn 10 prinsipdən 5-ni Azərbaycan əsas götürərək Ermənistana sülh təklifi irəli sürüb. Artıq ərazi bütövlüyü ilə bağlı Ermənistanın mövqeyi elan olunub. Almatı bəyannaməsinə istinad edilib. Kommunikasiyaların açılması ilə bağlı razılıq olsa da sərhədlərin delimitasiyası ilə bağlı konkret mövqe açıqlanmır. Erməni tərəfi narahatlığı isə sərhədlərin dəqiqləşməsi məsələsində hansı xəritələrin əsas götürülməsi ilə bağlıdır.

– Xəritələrlə bağlı uç ildir fərqli fikirlər səslənir. Azərbaycan hansı illərin xəritələri üzərində dayana bilər? 

– 1925-ci il xəritələri əsasında sərhədlərin birmənalı şəkildə dəqiqləşməsi Azərbaycan üçün əlverişlidir. Çünki Azərbaycan keçmiş SSRİ-nin tərkibinə daxil olan zaman Naxçıvanla bütöv əraziyə malik idi, yəni ortadan hansısa torpaq bölünüb verilməmişdi. Ərazilərimiz 86,6 min kv km deyil, 100 min kv km-dən artıq idi. 1929-cu ildə isə Naxçıvanın 9 kəndi və Nüvədi kəndi Ermənistana birləşdirilib. 8-9 min kv km ərazimiz SSRİ-yə daxil olduqdan sonra Ermənistana verilib. Sonuncu kəndlər 1984-cü ildə Qazax rayonu istiqamətində Ermənistana güzəştə gedilib.

– Sizcə qarşı tərəfin 1975-ci il xəritələri ətrafında manipuliyasiyası nəyə hesablanıb? 

– Erməni tərəfi 1975-ci il xəritələrini məhz anklavlara görə önə çəkir. Azərbaycan sözsüz buna getməyəcək. 1925-ci ilin xəritlərində isə Azərbaycanın anklavları yox idi. Onlar ərazilərimizə bitişik olub. Ona görə də, 1925-ci ilin xəritələri Azərbaycan üçün daha məqbuldur. Bu ilin xəritələri əsasında delimitasiya aparılsa Naxçıvan problemi birmənalı şəkildə həll edilir. Ermənilərin qorxusu da bununla bağlıdır.

– Kommunikasiya xətlərinə nəzarətlə bağlı Ermənistan birmənalı mövqe sərgiləyir. Belə olan halda razılaşmanın 9-cu bəndində hansısa dəyişiklik olması ehtimalları yaranırmı? 

– Paşinyan bu mövqeyi Fransanın, ABŞ-ın və Avropanın təkidi ilə sərgiləyir. Onlar Paşinyanı baş salıb ki, əgər Rusiya Federal Xidməti Zəngəzur dəhlizinə nəzarət edəcəksə hər şey rusların əlində olacaq. Bu da Avropaya və Ermənistana sərf etmir. Amma Paşinyan anlamır ki, dəhlizə Avropanın nəzarəti onun İranla əlaqələrinin kəsilməsi deməkdir.

– ABŞ və Avropanın dəhlizlə bağlı bu mövqeyi nəyə görədir? 

– Vaşinqton İranla bağlı siyasətinə görə, ordusunu bu bölgəyə daxil etməyə çalışır. Azərbaycan ərazisində bunu etmək mümkün deyil. Qanunla qadağan edilib. Eyni zamanda Azərbaycan ərazisindən başqa dövlətə qarşı istifadə edilə bilməz. Bu amil Qərbi o cümlədən ABŞ-ı çətin vəziyyətə salıb. Ona görə də, Qərb Ermənistanda öz hərbi mövcudluğunu yaratmağa cəhd edir.

– Zəngəzur dəhlizinə qarşı Lars yolu arqumenti gündəmə gətirilir. Qazağın 7 kəndinin geri qaytarılması fonunda Azərbaycan Ermənistanın yeganə nəfəsliyi, yəni Gürcüstan üzərindən Rusiyaya çıxışını necə bağlaya bilər? 

– Qazağın 7 kəndi Lars yolunun üzərindədir. Burada həmin kəndlərin bir neçəsi Qazax rayonunun ərazisinə bitişikdir. Beləliklə Ermənistan sərhəddinin burada keçməsi mümkün olmur. Sərhədlər geri çəkiləndə Lars yolu Azərbaycanın nəzarətinə keçir. Azərbaycan istənilən vaxt işğalda olan bu kəndlərinə görə, hücuma keçib erməniləri oradan vurub çıxara bilər. Ola bilsin ki, Azərbaycan Ordusu yaxın bir-iki ay ərzində həmin kəndləri geri qaytarsın. Çünki Azərbaycan Ermənistana Zəngəzur dəhlizi ilə Laçın yolunda bu məsələni sübut edib. İkinci dəfə Qazax istiqamətində bu məsələ gündəmə gəlir. Üçüncü həmlədə isə Ermənistan Zəngəzur dəhlizini açmaq məcburiyyətində qalacaq.

Son xəbərlər

Ukrayna abs

ABŞ Ukraynaya yenidən mərmi və raket göndərəcək

10 İyul 2025
ərdoğan

Ərdoğandan gözlənilməz qərar: Kommunikasiya İdarəsinin rəhbərini dəyişib

10 İyul 2025
Images (10)

PSJ finalda..

10 İyul 2025
Tramp yeni1

ABŞ Brazilyadan idxal olunan mallara avqust ayından 50 faiz rüsum tətbiq edəcək

10 İyul 2025
Qarabag

“Qarabağ”ın ÇL-dəki potensial rəqibləri Dublində qarşılaşıb

10 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.