8 Noyabr “Zəfər günü” Qazax rayonunda da böyük coşqu ilə qeyd edilib. Dünən axşam saat 17-də başlayan bayram tədbirinə çox saylı rayon sakinləri qatılmışdı. Şuşanın işğaldan azad edilməsi və ikinci qarabağ müharibəsində tam zəfərimizin üçüncü ildönümünü qazaxlılar sevinclə qeyd etdilər. Bayram tədbiri atəşfəşanlıqla yekunlaşıb.