Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis rəsmi səfərlə İrəvana gəlib.
“Qərb Xəbər” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Yunanıstan XİN başçısının təyyarəsi Zvartnots hava limanına enib.
Səfər çərçivəsində o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Daha sonra XİN rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər.