Mutvalı
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanıldı
Asif
ABŞ-n Zərgəzur planı-Bölgədə nələr olacaq?-ASİF NƏRİMANLININ şərhi
Elnur nemətov 4
Adaptasiya-Sabitləşmə və ya Uyğunlaşma-Peşəkar idmançı ELNUR NEMƏTOVUN yazısı
Tramp yeni
Trampdan Rusiyaya 100 faizlik tarif hədəsi
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Yevgeni Mixaylov: “Ermənistanı Ukraynanın taleyi gözləyir”

2 il ago
A A
65534a0b4312865534a0b43129169995725965534a0b4312565534a0b43127

 

“Ermənistanda Ukrayna ssenarisi təkrarlana bilər. İrəvanı Kiyevin taleyi gözləyir. Qərb Ermənistanı silahlandırmaqla Cənubi Qafqaz regionunda, Rusiya Federasiyasının sərhədləri yaxınlığında münaqişə ocağı yaratmaq istəyir”.

“Qərb Xəbər” bildirir ki, bu fikirləri APA-nın Rusiya bürosuna müsahibəsində rusiyalı hərbi-siyası analitik Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı, xüsusi ilə Fransa Ermənistan vasitəsi ilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə cəhd edir.

“Ermənistanı Ukraynanın taleyi gözləyir”

“İrəvanın qərbli tərəfdaşlarına Cənubi Qafqaz regionunda, Rusiyanın sərhədləri yaxınlığında münaqişə lazımdır. Bu günlərdə Gürcüstanın Poti limanı vasitəsilə Ermənistana silah tədarükünün ilk partiyasının həyata keçirildiyini müşahidə etdik. Bu fakt onu göstərir ki, Ermənistan Qərb tərəfindən silahlandırılır. Bu nədən xəbər verir? Bu ilk növbədə ondan xəbər verir ki, Ermənistan revanş arzulayır. Lakin məsələ ondadır ki, Azərbaycan üzərində hansısa üstünlüyə nail olmaq üçün uzun illər lazımdır. Özü də təkcə silahlanma deyil, həm də ordunu hazırlamaq lazımdır. Bu, birincisi, ikincisi isə, Azərbaycan yerində addımlamayacaq. Üçüncüsü isə motivasiya olmalıdır. Ermənistan ordusunda isə heç bir motivasiya yoxdur. Zəif iqtisadiyyat, genişmiqyaslı məğlubiyyət, özünün olmayan torpaqlar uğrunda mübarizə motivasiya deyil. Bu, onu göstərir ki, Ermənistan xalqı növbəti tələyə düşüb… Paşinyanın qərbli kuratorlarının tələsinə…”, – rusiyalı ekspert vurğulayıb.

Mixaylovun fikrincə, Paşinyanın anti-Rusiya siyasəti Ermənistanın növbəti Ukraynaya çevrilməsi ehtimallarını artırır:

“Düşünürəm ki, Ermənistan bu xətti davam etdirsə, Ukraynada baş verənlər təkrarlanacaq. O zaman “peçenye” paylamaqla Ukraynanı aldatdılar və Ukrayna xalqının faciəsinə səbəb oldular. Ukrayna iqtisadiyyatı tam məhv oldu. Tarixi və strateji müttəfiqinə xəyanət edənlərin sonu bu cür olur. Əgər rəsmi İrəvan da bu ruhda fəaliyyətini davam etdirəcəksə, o zaman Ermənistanı da Ukraynanın taleyi gözləyir. Hesab edirəm ki, baş verənləri Azərbaycan sakit müşahidə etməyəcək. Əlbəttə ki, Rusiya da Ermənistana NATO-nun gəlməsinə göz yummayacaq. Bəli, Ermənistana NATO gəlir, bunu birbaşa demək lazımdır. Heç bir sülhməramlı, müşahidə missiyası filan yox, birbaşa NATO gəlir. Düşünürəm ki, yaxın vaxtlarda Ermənistan üçün vəziyyət daha da pisləşəcək”, – rusiyalı hərbi siyasi analitik fikirlərini yekunlaşdırıb.

“Ermənistan Fransanın müstəmləkəsinə çevriləcək”

“Vestnik Kavkaza” İnformasiya Agentliyinin baş redaktoru, siyasi ekspert Andrey Petrov APA-ya açıqlamasında Rusiyada Ermənistanın yeni Ukraynaya çevrilməsi ilə bağlı narahatlığın artdığını qeyd edib:

“Burada söhbət Ermənistanda Ukraynada olduğu kimi hansısa hərbi əməliyyatların olacağından söhbət getmir. Söhbət ondan gedir ki, Ermənistan Rusiyadan tam üz döndərib Qərb tərəfə inteqrasiya xəttini götürəcək. Fransanın Ermənistana silah-hərbi texnika tədarükünü müşahidə edirik. Bu, artıq ciddi addımdır. Bu, sadəcə hansısa siyasətçinin KİV-ə açıqlaması, bəyanatı deyil. Bu real fəaliyyətdir. Digər məsələ isə, Ermənistanın bu silah-sursatın pulunu necə ödəməsidir. Rusiyanı məhz bu məqam narahat edir. Təhlükəsizlik məsələsi və İrəvanın Rusiyadan Qərbin hərbi-siyasi nüfuz dairəsinə keçməsi Moskvanı ən çox narahat edən məqamdır. Rusiyada şübhə yoxdur ki, Ermənistan iqtisadi nöqteyi-nəzərdən Rusiyanın nüfuz dairəsindən uzağa getməyəcək. Çünki Ermənistan istehsalı məhsulların 50 faizdən çoxu məhz Rusiya bazarlarına gəlir. Həmin məhsulları heç kəs Avropa bazarına buraxmayacaq. Çünki onlara Ermənistan məhsulları lazım deyil. Bu mənada Rusiyada narahatlıq yoxdur. Lakin narahatlıq var ki, Ermənistan hansısa məqamda Rusiya təhlükəsizliyi üçün təhdid yarada bilər. Çünki Ermənistanı bütünlüklə Qərb gücləri ələ alır”, – rusiyalı ekspert qeyd edib.

Petrov bildirib ki, Afrikada nüfuz dairəsini Rusiyaya uduzan Fransa Ermənistanla bunun əvəzini çıxmaq istəyir:

“Afrikada koloniyalarını ard-arda Rusiyaya uduzan Paris indi Ermənistanı öz müstəmləkəsinə çevirmək istəyir. Çox güman ki, Ermənistan Fransanın koloniyasına çevriləcək”.

Rusiyalı ekspertin fikrincə, Moskva Ermənistana münasibətdə daha çox iqtisadi xarakterli tədbirlər görəcək: “Çünki Paşinyan rejimi ilə Moskva arasında siyasi dialoq demək olar ki getmir. Dövlət Dumasında Ermənistanın sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasının təxirə salınmasının, Yuxarı Larsda Ermənistanın yük avtomobillərinin Rusiya ərazisində buraxılmamasını iqtisadi tədbirlər istiqamətində ilk addım hesab etmək olar. Rusiyanın Ermənistana qarşı çoxlu iqtisadi təzyiq rıçaqları var. Ermənistanın isə Rusiyaya münasibətdə belə bir rıçaqı mövcud deyil. Ermənistan ancaq geosiyasi qarşıdurmadan istifadə edib, nəsə qazanmaq istəyir”.

“Paşinyanın KTMT sammitini sabotaj edəcəyi gözlənilən idi”

Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Qərbin Cənubi Qafqaza Ermənistandan daxil olduğunu bildirib: “Qərb bunu Ermənistanla müttəfiqlik edərək həyata keçirir. Məlumdur ki, Paşinyanın rəhbərliyi ilə Ermənistan rəhbərliyi ölkəni Rusiyadan Rusiyanın düşmənlərinə – Fransa, Avropa İttifaqı, ABŞ və NATO-ya tərəf çevirmək istiqamətində böyük addımlar atır. Bununla İrəvan NATO-ya söykənməklə Azərbaycanla mübarizəni davam etdirmək istəyir. Düşünürəm ki, Fransa Rusiyadan qisas almağa çalışır. Fransa istəyir ki, nəhəng güc olduğunu nümayiş etdirsin. Paşinyan Ermənistanı Rusiyadan qoparmağı, Qərbə istiqamətləndirməyi öz missiyası hesab edir. Hazırda onun bunun üçün böyük imkanları var”.

Rusiyalı politoloq Ermənistan Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan sammitində iştirakdan imtina etməsini də şərh edib. O, KTMT və Avrasiya İttifaqının fəaliyyətinin Ermənistan tərəfindən sabotaj olunduğunu söyləyib:

“Hər kəs gözləyirdi ki, Paşinyan KTMT-nin Minskdə keçiriləcək sammitini sabotaj edəcək. Bu, Paşinyana ona görə lazımdır ki, qərbli tərəfdaşlarına anti-Rusiya mövqeyini bir daha nümayiş etdirsin. Düşünürəm ki, Ermənistan KTMT-dən çıxa da bilər. Amma İrəvan təşkilatda qalaraq diversiya fəaliyyətini davam etdirəcək. Bu isə Qərbin, ən əsası da Rusiyanın düşmənlərinin marağındadır. Belə bir təhlükə mövcuddur”, – Markov fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

Mutvalı

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanıldı

16 İyul 2025
Cbaef204 5505 46a1 b100 a1273c891884

Qazax Dövlət Dram Teatrı 87-ci mövsümünün finalı ilə tamaşaçılara hesabat verdi

16 İyul 2025
Asif

ABŞ-n Zərgəzur planı-Bölgədə nələr olacaq?-ASİF NƏRİMANLININ şərhi

15 İyul 2025
Tramp yeni1

ABŞ Ukraynaya uzaqmənzilli raketlər verməyi düşünmür

15 İyul 2025
AbŞ ve aİ bayrağı

Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması…

15 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.