Qarşıdakı aylarda Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatlarda görüşlərin keçirilməsi planlaşdırılır.
“Qərb Xəbər” məlumat verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
“Ölkələrimizin iştirakı ilə, digər qonşu ölkələrin iştirakı ilə mövcud olan üçtərəfli və dörtərəfli formatlar regionda bir sıra layihələrin həyata keçirilməsində böyük önəm kəsb edir. Yaxın aylar ərzində hesab edirik ki, bir neçə üçtərəfli formatda olan görüşlərimiz keçiriləcək”, – nazir bildirib.