Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

XİN: Aİ səfirinin Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi qəbuledilməzdir

2 həftə ago
A A
1ea97fe9-c074-31b0-9518-352c1a3db20f_850 (1)

Avropa İttifaqı səfirinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi qəbuledilməzdir.

“Qərb Xəbər” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin tərəfindən səsləndirilmiş fikirlərə dair suala cavabında deyib.

Qeyd edək ki, mayın 15-də Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin mətbuat konfransı zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin açıqlamasına istinadən bildirib ki, “Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunmalıdır” və bu məqsədlə “beynəlxalq mexanizm” yaradılmalıdır.

“Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, erməni sakinlərin də hüquq və təhlükəsizliyi ölkəmizin qanunvericiliyi çərçivəsində təmin olunacaq.

Azərbaycan tərəfinin erməni sakinlərlə qeyd edilən istiqamətdə dialoq səylərinə maneçilik törədilməməli, ərazi bütövlüyü və suverenliyimizə qarşı olan qərəzli fikirlərə son qoyulmalıdır”, – Ayxan Hacızadə vurğulayıb.

Son xəbərlər

bu-gun-son-z-ng-calinir

Bu il 100 mindən çox şagird məzun olacaq

31 May 2023
ilham əliyevvv

Prezident: Azərbaycan alternativ enerji sektorunda öndə gedənlərin arasında olmaq istəyir

31 May 2023
Vladimir Putin

Rusiyanın planı odur ki, bölgədə davamlı sülh olmasın – Politoloq

31 May 2023
62a18804-4ebe-34d5-a55f-dc5714786e1a_850

Vladimir Putin və Volodimir Zelenski Türkiyəyə səfər edəcək

31 May 2023
mm-bina

“2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin MM-də müzakirəyə çıxarılacağı vaxt məlum olub

31 May 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.