Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

3 həftə ago
A A
qanli yanvar

Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb.

“Qərb Xəbər” bildirir ki, bəyanatda bildirilib:

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 149 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan xalqının keçirdiyi kütləvi etirazları və başlatdığı milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququ və Konstitusiyanı kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi. Faciəvi hadisələrdən dərhal sonra 21 yanvar 1990-cı il tarixində, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirərək, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 33 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Üzərindən 33 il keçməsinə baxmayaraq, bütün beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətləndirmə verilməyib. Bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar bundan sonra da layiqincə cavablandırılacaqdır. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin hüznlə yad edirik”.

Son xəbərlər

1675847374_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg

Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi açıqlandı (SİYAHI)

09 Fevral 2023
4bba23c7-020d-3ef5-ae91-da73b6f994f5_850

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 mini ötüb, 64 794 nəfər yaralanıb

09 Fevral 2023
nermin

“Nərmin işi” ilə bağlı rəy vermiş ekspert məhkəmədə dindirilib

09 Fevral 2023
FotoJet (97)

Zəlzələ zonasında iki ərazidə axtarış-xilasetmə işləri yekunlaşdı

09 Fevral 2023
kremlin

Moskva Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü məsələsini müzakirə edir

09 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.