Ölkə parlamentinin Hüquq Komissiyası mayın 13-də keçiriləcək iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxacaq.
Qerbxeber.com xəbər Gürcüstan KİV istinadən xəbər verir ki, komissiyanın iclası saat 09:00-a təyin edilib.
Üçüncü iclasda yalnız texniki və redaksiya dəyişiklikləri edilə bilər.
Qanun layihəsinin plenar iclasda üçüncü oxunuşda səsverməyə çıxarılacağı tarixə gəlincə bu, mayın 14-də baş tutacaq.
Qeyd edək ki, bu həftə parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyəcək. Bu zaman parlamentdə baxış prosesi başa çatacaq və layihə imzalanmaq üçün Prezidentə təqdim olunacaq.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları bazar ertəsi, mayın 13-də deputatların parlamentə daxil olmasının qarşısını almaq üçün bu gün parlamentdə gecələmə elan edəcəklər.