Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Xankəndində qarşıdurma gərginləşəcək – Analiz

Rusların Vardanyan layihəsi təkcə Bakıya yox, həm də İrəvana qarşıdır

1 ay ago
A A
xankendi-esas
Xankəndində separatçıların “başçısı” Araik Arutyunyan “konstitusiya” dəyişikliyi ilə bağlı qərar qəbul edib. Hərbi vəziyyətdə separatçıların qondarma “prezidentini” “parlament” seçəcək.
“Qərb Xəbər” bildirir ki, bu barədə siyasi analitik Asif Nərimanlı öz Facebook səhifəsində yazıb.
asif
“İlk baxışdan “ümumi razılaşma” prinsipinə söykənən bu addımın əslində Ruben Vardanyanı oyundankənar vəziyyətə salmağa hesablandığı görünür. Çünki “seçkilər”dən sonra hökumət də yenidən formalaşdırılacaq və Ruben komandadan kənarda qala bilər”.
“Rusların Vardanyan layihəsi təkcə Bakıya yox, həm də İrəvana qarşıdır” deyə bildirən siyasi analitik əlavə edib ki, ruslar Bakının erməni əhalisi ilə qurmaq istədiyi təmaslarda Vardanyanı “nümayəndə” kimi irəli çəkir, bununla ABŞ-ın təşəbbüsünü ələ keçirir, eləcə də inteqrasiyanın qarşısını alır.
Asif Nərimanlının fikirinə görə perspektivdə Vardanyanın “arsax döyüşçüsü” kimi Ermənistan siyasətinə transfer edilməsi planının olduğu da istisna deyil.
“Nikolun Rubenə qarşı sərt mövqeyi o deməkdir ki, İrəvan belə bir perspektivi görür, yaxud təhlükə haqda məlumatlıdırlar. Rubenin erməni diasporu daxilində anti-Paşinyan mövqeyində olanlarla isti münasibətləri də bu riski artıran amillərdəndir”
“Bakı və İrəvanın mövqeyi Rubenin getməsi məsələsində üst-üstə düşür, hərçənd, bu o demək deyil ki, ortaq addımlar var, sadəcə olaraq, Laçın yolunda aksiyanın sülhməramlıların nəzarətindəki bölgədə yaratdığı situasiya Nikola bundan Vardanyanın əleyhinə istifadə imkanı verdi.
Ruben dirəniş göstərəndə Paşinyan Araik üzərindən etdiyi ilk cəhddə yeni “seçkilər”lə onu prosesdən kənarlaşdırmaq istədi, lakin ruslar bunun qarşısını kəsdi. İndi “konstitusiya islahatları” adı ilə Vardanyanı uzaqlaşdırmaq üçün növbəti proses hazırlanır” – deyə qeyd edən siyasi şərhçi bu addımın Araik-Ruben cütlüyünün Moskvaya ayrı-ayrılıqda getməsi və geri qayıtmasından sonra baş verməsi təsadüfi olmadığını da vurğulayıb.
“Görünür, ruslar hər ikisinə müəyyən vədlər verməklə “qalib gəlmək” uğrunda siyasi döyüşü izləmək istəyir və separatçılar arasında yarana biləcək xaos da sülhməramlıların “hakim” mövqeyini gücləndirir.
Və proseslər göstərir ki, Xankəndində siyasi qarşıdurma gərginləşəcək. Bu qarşıdurma bizim maraqlarımıza uyğundur və Bakı “halqanı daraltmaq”la separatçılar üçün vəziyyəti daha da kəskinləşdirə bilər”.

Son xəbərlər

xin

Rəsmi Bakıdan Ermənistana sərt xəbərdarlıq

21 Mart 2023
tehran_iran

İrana PUA-lara görə sanksiyalar tətbiq edildi

21 Mart 2023
futbol

FIFA “Qalatasaray”a transfer qadağası qoydu

21 Mart 2023
joe biden

Bayden Novruz bayramı ilə bağlı paylaşım edib

21 Mart 2023
novruz_semeni_190315 (1)

Bu gün Novruz bayramıdır

20 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.