Xankəndi şəhərində 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.
Qerbxeber.com bildirir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, qürurlu anlarla yadda qalan yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.
Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib. Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədaları yerli sakinlərə və şəhərin qonaqlarına xoş ovqat bəxş edib və böyük maraqla dinlənilib. Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatdı.