Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Xankəndidə papaq problemi-Qarabağda kimlərlə masaya oturaq?

4 ay ago
A A
8099896a2a61219cda761677e41badc0

Qarabağ erməniləri ilə Bakının hansı formatda və ən əsası kimlərlə masaya oturacağı haqda ən müxtəlif şərh və mülahizələr var. Son olaraq bu mövzuya dair Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev danışdı. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair dediklərini birmənalı təkzib etdi.

Yaddaşım yanıltmırsa, Qriqoryan bu fikri ilk dəfə səsləndirmir, bunu internet üzərindən də dəqiqləşdirmək olar. Ola bilsin, rəsmi Bakı Qriqoryanın açıqlamasını ya görməzdən gəlmişdi, ya da bəlkə də ciddiyə almamışdı. Prezidentin köməkçisi Qriqoryanla təkcə Vaşinqtonda deyil, Brüsseldə də görüşüb və müzakirə edilən məsələlərin birbaşa iştirakçısıdır. Ermənistan parlamentinin bugünkü iclasında isə Qriqoryan deputatlardan birinin  sorğusuna cavab olaraq daha da irəli gedib, deyib ki, “Bakının Vaşinqtonda əldə olunmuş razılaşmaları təkzib etməsinə təəccüblənir, çünki görüş Amerika tərəfinin iştirakı ilə keçirilib və müvafiq protokollar var”. Biz əlbəttə ki, ermənin deyil, öz dövlət məmurumuzun dediklərini mötəbər mənbə hesab edirik. Ermənistan rəsmiləri birinci və sonuncu dəfə deyil ki, bu cür informasiya spekulyasiya ilə məşğul olurlar. Fikrimcə, Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sllivanın iştirakı ilə olan son sentyabr görüşünü nəzərdə tutaraq “yalançının şahidi kimi” göstərməsi Vaşinqtonun da bu mövzuya reaksiyasını zəruri edir. O da sirr deyil ki, “sülhün Vaşinqton variantı” deyilən mərətdə də Qarabağla bağlı belə bir təhlükəsizlik mexanizminin yaradılmasından söhbət getdiyi deyilir.

Rəsmi İrəvanın bu mövzuda “həssaslığının” səbəbi aydındır. İstəyirlər ki, indi də Qarabağ erməniləri ilə danışıqlar üçün bir Minsk Qrupu kimi format yaratsınlar, onlar da bir 30 il gəlib-getsinlər. Azərbaycan dövləti Qarabağdakı ermənilərin hüquqları mövzusunu Vardanyanla və ya Paşinyanla deyil, oradakı ermənilərlə davam etdirməkdə maraqlıdır. Bunu Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb.

Amma indi əsas sual budur ki, bu danışıqlar kimlərlə olacaq? Vardanyan gözlənilmədən Xankəndə yerləşəndə o düşüncə vardı ki, danışıqlar onunla aparıla bilər. Bunun üçün bəzi “arqumentlər” də gətirilirdi: Vardanyan iki müharibədə aktiv iştirak etməyib, Qarabağa ilk dəfə 2012-ci ildə gəlib və sairə…Amma Prezident Əliyev bu danışıqlar üçün ortaq nöqtələr axtaran Avropa Birliyinin təmsilçilərinə birmənalı dedi ki, Vardanyanla belə bir danışıqlar olmayacaq.

Azərbaycanın axtarışa verdiyi, hazırda isə Fransada sülənən və telekanallarda “artsax prezidenti” kimi təqdim edilən Araik Arutyunyanla danışıqlar mümkündürmü? Bəs, Bakıdan gedən ekoloqlarla görüşdə iştirak edən, azərbaycanlılara divan tutmuş, barəsində bizim prokurorluğun cinayət işi qaldırdığı qondarma “təhlükəsizlik şurasının katibi”  Vitali Balasanyanla necə?  Prinsipcə, Robert Köçəryan və Serjik Sərkisyan da terrorçu idilər, amma Bakı onlarla danışıqlar aparırdı. Amma indi reallıqlar dəyişib və şərtləri diktə edən tərəf Azərbaycandır. Kimlə istəyirik onunla danışacağıq və biz nə vaxt istəsək…Bakının mövqeyi birmənalı belədir.

Qarabağlılar ermənilərinin psixologiyasını az-çox bələddir, indi arada qan yerinə su axıb, düşmənçilik geridönməz hala gəlib və sairə… Halbuki elə bu it Balasanyan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı komandirlərlə dəfələrlə görüşüb, çox azərbaycanlının və erməninin qaytarılmasında iştirak edib. Birinci Qarabağ müharibəsində elə azərbaycanlılar olub ki, bir əsirin qaytarılması üçün Xankəndinə maşın sürüb. Çünki bilib ki, onu tanıyan, onun tanıdığı  ermənilər ona güllə atmayacaqlar. Ermənilər də vaxtilə duz-çörək kəsdikləri azərbaycanlılardan hansısa erməninin qaytarılması üçün kömək istəyiblər. Belə faktlar çoxdur. İndi isə siyasət hər evə girib, həm də nəsil dəyişib, yeni ermənilər ortaya çıxıb. İndi onların əksəriyyəti qondarma “artsax parlamentində” “deputatdırlar”.  Üstəlik, guya 5 “fraksiyaları” da var. Yəni Qarabağ ermənilərinin əksəriyyətinin təmsilçiləridir guya. Son hadisələrə dair bu əclaflar bəyanat veriblər ki, bəs Qarabağda baş verənlər genosid kimi tanınmalıdır. Laçın dəhlizində mini-keçid postu qoyulmasına da etiraz ediblər. Üstəlik, həyasızcasına bəyan ediblər ki, “söhbət müəyyən silahlardan getsək belə, özünümüdafiə və onun təşkili üçün müvafiq vasitələrin olmasını heç bir sənəd qadağan etmir”. Bunlarla necə danışasan?

Xankəndidə vaxtilə bir sözünü iki etmədikləri nüfuzlu ermənilər olub. Onların çoxu Qarabağ hadisələri başlayanda köçüb getdilər Rusiyaya. Gördülər ki, daha ermənilər onları eşitmirlər, Ermənistandan gələn siyasi dəllarlara  qulaq asırlar. Elələri vardı ki, azərbaycanlılarla düşmən kimi üz-üzə gəlməmək üçün utandıqlarından köçüb getdilər. Amma Şuşa ətrafındakı məşhur Daşaltı kəndi elə deyildi. Qarabağda ən qansız, daşnaq  ermənilər oraya toplaşmışdı. Deməyim budur ki, bu toplumun ağzını bir neçə nüfuzlu erməninin bir yerə toplaması dövrü bitib. Məsələn, ermənilər toplaşıb bir neçə ağıllı və nüfuzlu adam ortaya çıxaralar, deyələr ki, biz Ermənistanın siyasi tulalarına deyil, sizə inanırıq, sizə güvənirik, bizim burada rahat yaşamağımız üçün çalışın, danışın, anlaşın.  Çeçenistan-Rusiya savaşı yadınızdadır. Moskva nümayəndələri ilə danışıqlara məktəb oxumamış o papaqlı və ağsaqqal kişilər də gedirdilər. Xankəndidə isə indi elə başıpapaqlı erməni yoxdur…Bəs, biz kiminlə danışacağıq?

Nazim SABİROĞLU,
Musavat.com

Son xəbərlər

mq2 (5)

Köhnə bolşevikin baxımsız küçəsi – Tovuzdan reportaj

29 Mart 2023
6424367e60c756424367e60c7616800948466424367e60c726424367e60c74

İranda azərbaycanlı müəllimlər etiraza qalxdı

29 Mart 2023
50b96a08-5f42-3a1f-8a05-5936ab0b34d9_850

Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib

29 Mart 2023
mq2 (4)

Turizmin zibillikdən keçən yolu – Qazax

29 Mart 2023
b40fe981-db34-377c-97d8-c4d6fde0d9b7_850

“Turan Tovuz” legioneri ilə müqaviləni uzadıb

29 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.