Ruben Vardanyan separatçıların “dövlət naziri” vəzifəsindən qovuldu. Bu barədə Ermənistana məxsus telegram kanallarında məlumat verilib ki, Araik Arutyunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan REAL Partiyasının sədr müavini Natiq Cəfərli bildirib ki, Vardanyan faktiki olaraq İlham Əliyevin qərarı ilə vəzifədən azad olundu:
“Bu həm Qarabağda yaşayan erməni əslilli azərbaycanlılarla icmalararası dialoqun başlanması, həm ekoaksiyanın dayandırılması, həm də Kremlin bölgəmizdə oyunlarının pozulması üçün vacib addımdır. Böyük qələbələr kiçik addımlarla olur…”